Bakıda yerləşən Liv Bona Dea Hospitalda fəaliyyət göstərən, qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi üzrə ixtisaslaşmış bir mütəxəssisdir. Hər bir pasiyentə fərdi və qayğıkeş münasibət göstərməyi özünün əsas missiyası hesab edir. Tibbi təhsilimin əsasını 2006-cı ildə Türkiyənin ən tanınmış tibb müəssisələrindən biri olan Gülhanə Hərbi Tibb Akademiyasında qoydum. 2012-ci ildə buradan məzun olduqdan sonra, hərbi və mülki tibb sahələrində geniş təcrübə topladım. 15 ildən artıq davam edən zəngin karyeram boyunca 10.000-dən çox uğurlu əməliyyat həyata keçirmiş və 80.000-dən çox pasiyentə xidmət göstərmişəm. Bu illər ərzində qazandığım hər bir təcrübə, pasiyentlərimə daha yaxşı xidmət göstərməyimə kömək edir. Uzmanlıq sahəm olan otolarinqologiya çərçivəsində, xüsusilə funksional və estetik burun cərrahiyyəsi, burunətafı ciblərin cərrahiyyəsi, uşaq LOR xəstəlikləri, yuxu apnoesi və xoruldama müalicəsi kimi sahələrə fokuslanmışam. Mənim üçün müalicənin məqsədi yalnız sağlamlığı bərpa etmək deyil, həm də pasiyentlərimin həyat keyfiyyətini və özünə inamını artırmaqdır.